Türkiyənin “TÜM-MAK’’şirkətindən alınmış, istehsal gücü 120m3 olan zavod 2009-cu ildən tam gücü ilə istehsalata başlayıb.
“AZENCO” ASC-nin Beton istehsalı zavodu fəaliyyətə başladığı gündən bu günə kimi, Sumqayıtda və Bakıda müxtəlif tikinti təşkilatları ilə əməkdaşlıq edir. Sumqayıt Texnologiyaları parkı,Sumqayıt gübrə zavodu və Sumqayıt Elektrik stansiyasının tikintisidə,tələb olunan beton,tərkibə uyğun olaraq zavodumuz tərəfindən təmin olunmuşdur.
Zavod ərazisində standartlara cavab berən laboratoriya mövcuddur. Laboratoriyalarımız müasir avadanlıqlarla təchiz olunmuşdur. Betonun möhkəmlik həddinin təyin olunması(3,7,28) günlük nümunələr, zavod ərazisinə daxil olan xammalın (qum,atsev,qırmadaş) yoxlanılması fiziki göstəriciləri laboratoriyada təyin olunur. Laboratoriyadakı avadanlıqlar hər il atestasiyadan keçirilir, kalibrləşdirilir və sertifikatla təmin olunur.
“AZENCO“ASC-nin beton daşıyan nəqliyyat vasitələri EURO 3 standartının tələbinə cavab verir. Bundan başqa bütün beton daşıyan maçınlarda GPS quraşdırılmışdır ki,bu da daşınma prosesinə nəzarət etməyə imkan verir.