• azenco@azenco.az
  • AZ 1026, Bakı. Daşqın Səfərov küç, 9
AZ EN

Mebel İstehsalı Sahəsi

Mebel İstehsalı Sahəsi

 

İstehsal sahəsi 2 yerə ayrılır: 

1. Mebellərin hazırlanma sahəsi

2. Mebellərin boyama sahəsi

Mebellərin hazırlanma sahəsində müxtəlif formada və fərqli materiallardan ev, ofis qapıları, istənilən formalı yataq, qonaq, dəhliz mebelləri hazırlanır. Həmçinin sifarişçilərin istəyinə uyğun olaraq dizaynerimiz tərəfindən hazırlanmış müxtəlif formalı mətbəx mebellərinin də hazırlanması həyata keçirilir.

Mebellərin boyama sahəsində isə hazırlanmış mebellərin cilalama və boyama işləri yerinə yetirilir. Burada  Türkiyə , Finlandiya və İtalyada istehsal olunmuş boyalardan istifadə olunur.

İndiyə kimi olan fəaliyyətimiz zamanı bir çox layihələrdə iştirak edib, çoxlu sayda ofis mebelləri və qapılarını hazırlayaraq yüksək nailiyyətlər əldə etmişik.