• azenco@azenco.az
  • AZ 1026, Bakı. Daşqın Səfərov küç, 9
AZ EN

Şüşə emalı və Alüminium-plastik qapı pəncərə sistemləri

Şüşə emalı və Alüminium-plastik qapı pəncərə sistemləri

 

Kəsmə
Emal edilən şüşələr İtalyanın "Bottero" dəzgahı CNC(avtomatik) ilə yerinə  yetirilir. Dəzgahda şüşə lövhələrin ölçüsü 3700mmx2750mm,qalınlığı isə 3mm-19mm kəsimi mümükündür.

Yonma
Şüşələrin yonulması İtalyanın “Bottero” dəzgahıda  yerinə yetirilir. İkitərəfli şüşə yonma zamanı şüşələr dəqiq ölçülərlə və diaqonal fərqi olmadan yerinə yetirilir. Dəqiqliklə yonulmuş şüşələrdə temperləmə zamanı mikro çatlar olmur,temperlənmiş şüşədə sonradan sınma halları olmur.

Temperləmə
Şüşələrin temperləmə sobasında qızdırılaraq (650°) yüksək təzyiqlə soyudulduqda (60°) şüşə temperlənir.Temperlənmiş şüşədə zərbəyə,istiliyə davamlı olur. Bundan əlavə temperləmə zamını təhlükəsizliyi təmin olunur sınma zamanı xırda hissəciklərə
bölünür.Temperlənmiş şüşələr 7-8 dəfə möhkəmliyi güclənir və 200° istiliyə davamlı olur.

Paketləmə
Şüşələrin paketlənməsi Türkiyənin “BestMakina” dəzgahından istifadə olunur. Paketlər iki şüşədən ibarət olaraq, isti və ya soyuğun keçməməsi üçün içərisi hava və ya qazla doldurulur.İki və üç kameralı paketlər istilik izoliyasyasından başqa səs izoliyasiyası da yaradır.

Çoxsaylı Laminat şüşələrin istehsalı
Çox saylı laminat şüşələr iki və daha çox şüşələrin aralarında bir neçə qatlı PVB (Polivinilbutiral) istifədə olunur. Laminat  şüşələr sındığı zaman ətrafa tökülmür yerində sınmış halda qalır. Laminat şüşələr qalınlığından  asılı olaraq,bir çox yerlərdə istifadə olunur. Zərbəyə davamlılıq, odlu silahdan istifadədə və partlayışda müdafiə üçün əhəmiyyətlidir. 

Alüminium cəbhə sistemi 
Alüminim cəbhə sistemi, Alüminium arakəsmələr və İzosistem qapı-pəncərələr hazırlanır. Bundan əlavə ofislər üçün şüşə arakəsmələr və duş kabinlər hazırlanıb quraşdırılır. Emal zamanı Türkiyənin Yılmaz firmasının istehsal etdiyi dəzgahlardan istifadə olunur.

Plastik Qapı-Pəncərə sistemlər
Plastik profillərdən istənilən formada keyfiyyətli qapı–pəncərə sistemləri hazırlanıb quraşdırılır. Emal zamanı Türkiyənin “Murad Makina”dəzgahlarından istifadə olunur. İkibaşlı kəsmə və qaynaq dəzgahları işin sürətlənməsi və keyfiyyətinə böyük təsir edir.