• azenco@azenco.az
  • AZ 1026, Bakı. Daşqın Səfərov küç, 9
AZ EN

“AZENCO” ASC 11-ci Xəzər Beynəlxaq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgisində uğurla iştirak etmişdir

  • 12 İyun 2023
“AZENCO” ASC 11-ci Xəzər Beynəlxaq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgisində uğurla iştirak etmişdir

Sərgidə günəş enerjisi, külək enerjisi, geotermal enerji, istilik energetikası, nüvə enerjisi, maşınqayırma və enerji avadanlıqları, elektrik nəqliyyat vasitələri və elektromobillər, enerji və resurslara qənaət edən texnologiyalar və digər mövzular müzakirə olunmuşdur.

Bu sərgidə 38 ölkədən 331 şirkət iştirak etmişdir. Tədbirdə təmsil olunan şirkətlər arasında Azərbaycanla yanaşı, Amerika Birləşmiş Ştatları, Almaniya, Avstriya, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Bolqarıstan, Böyük Britaniya, Çin, Əlcəzair, Finlandiya, Fransa, Gürcüstan, İspaniya, İsrail, İsveç, İsveçrə, İtaliya, Kanada, Küveyt, Qazaxıstan, Macarıstan, Monako, Niderland, Norveç, Özbəkistan, Rumıniya, Rusiya Federasiyası, Səudiyyə Ərəbistanı, Sinqapur, Tayland, Türkiyə, Vyetnam və Yaponiyadan olan şirkətlərdə yer almışdır.

Cənubi Qafqazın ən böyük enerji tikinti şirkətlərindən biri olan “AZENCO” ASC bu sərgidə uğurla iştirak etmişdir. Şirkətimizin stendi və maketi ziyarətçilərin böyük marağına səbəb olmuşdur. Həm yerli, həm də xarici sərgi iştirakçıları, o cümlədən sərginin ziyarətçiləri şikətimiz haqqında informasiya almaq üçün stendimizi ziyarət etmişdir. AZENCO ASC-nin sərgidəki nümayəndələri, stendimizin ziyarətçilərini şirkətimiz haqqında məlumatlandırmış və ziyarətçilərin ünvanladığı sualları cavablandırmışdır.

Onu da qeyd etmək lazımdır ki, sərgi çərçivəsində stendimiz ən çox ziyarət olunan stendlərdən biri olmuşdur.

“AZENCO” ASC-nin İdarə heyətinin sədri Pərviz hacıyev bildirmişdir ki, “Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisindən gözləntilərimiz çox böyükdür, çünki bilirik ki, burada çox sayda potensial müştərilərlə görüşə bilərik və gələcəkdə onlarla sıx əməkdaşlıq etməyi planlaşdırırıq. O hmçinin əlavə etmişdir ki, AZENCO şirkəti belə bir sərgidə ilk dəfədir ki, iştirak edir. Təəssüratlarımız çox yaxşıdır. Burada iştirak etməkdən və brendimizi təmsil etməkdən məmnunuq. Ümid edirik ki, bu bizim sonuncu iştirakımız deyildir.