Ölkənin ən böyük enerji tikinti şirkətlərindən biri olan “AZENCO” ASC Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə elan edilən “Heydər Əliyev İli” çərçivəsində silsilə tədbirlər həyata keçirir.
Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar “AZENCO” ASC-nin rəhbərliyi və kollektivinin iştirakı ilə Fəxri xiyabana ziyarət təşkil olunub. Onlar müasir müstəqil dövlətimizin memarı və qurucusu ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil və gül dəstələri qoymuşlar.