• azenco@azenco.az
  • AZ 1026, Bakı. Daşqın Səfərov küç, 9
AZ EN

“AZENCO” ASC-də yeni təyinat

  • 08 May 2023
“AZENCO” ASC-də  yeni təyinat

03 may 2023-cü il tarixində Mingəçevir şəhərində “AZENCO” ASC-nin səhmdarlarının ümumi yığıncağının iclası keçirilmişdir. İclasda Əliyev Vüqar Tofiqoviç Cəmiyyətin İdarə Heyətinin sədri vəzifəsindən azad edilmişdir və həmin vəzifəyə Hacıyev Pərviz Firuhət oğlununun təyin olunması qərara alınmışdır.

Pərviz Firuhət oğlu Hacıyev Azərbaycan İnşaat Mühəndisləri Universitetinin məzunudur və inşaat mühəndisi ixtisası üzrə təhsil almışdır. Əvvəlki illərdə  "Buro Veritas", "PMD Group", PMD Projects", "Advanced İndustrial Solutions" şirkətlərində rəhbər vəzifələrdə əmək fəaliyyəti olmuşdur. 2022-ci ildən etibarən "Azenco" ASC-də İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışmışdır.

Ailəlidir, 2 övladı var.

“AZENCO” ASC-nin rəhbər heyəti Mingəçevir şəhərində yerləşən Heydər Əliyev Mərkəzi önündə ucaldılmış Ulu öndərin abidəsini ziyarət etmişlər. Cəmiyyətin  rəhbərliyi suveren Azərbaycan dövlətinin qurucusu, iqtisadiyyatımızın inkişafında, milli dövlətçiliyimizin möhkəmlənməsində müstəsna rol oynamış enerji strategiyasının banisi, dahi şəxsiyyət Heydər Əliyevin xatirəsinə ehtiramlarını bildirərək qarşısına əklil və gül-çiçək dəstələri yerləşdirmişlər.