Layihələr

İstismara verilmiş qazla işləyən elektrik stansiyaları

780 MVt-lıq «Cənub» Həmdövrəli Buxar-Qaz Turbin Tipli Elektrik Stansiyası

Yerləşmə nöqtəsi: Azərbaycan Respublikası, Şirvan şəhəri

Stansiya "General Electric" ( GE) tərəfindən istehsal olunan 4 qaz turbinindən və Çinin "Harbine Turbine" Şirkəti tərəfindən istehsal olunan iki buxar turbinindən ibarətdir. Əsas elektrik avadanlıqları "ABB" və "Alstom" şirkətləri tərəfindən təchiz edilmişdir.

«Azenco»nun layihədəki əsas rolu: Baş podratçı

525 MVt-lıq «Sumqayıt» Həmdövrəli Buxar-Qaz Turbin Tipli Elektrik Stansiyası

Yerləşmə nöqtəsi: Azərbaycan Respublikası, Sumqayıt şəhəri

Stansiya Almaniyanın "Siemens AG" şirkəti tərəfindən istehsal olunan 2 qaz turbini və bir buxar turbinindən ibarətdir.

“Azenco”nun layihədə əsas rolu: Baş podratçı – "Siemens AG" şirkəti, Subpodratçı – Azenco ASC

400 MVt-lıq "Şimal-2" Həmdövrəli Buxar-Qaz Turbin Tipli Elektrik Stansiyası

Yerləşmə nöqtəsi: Azərbaycan Respublikası, Bakı şəhəri, Şüvəlan qəsəbəsi

Stansiya qurğularının əsas təchizatçısı Yaponiyanın "Mitsubishi Heavy Industries", elektrik avadanlıqlarının əsas təchizatçısı isə Almaniyanın "Siemens AG" şirkətidir.

«Azenco»nun layihədəki əsas rolu: Baş podratçı