• azenco@azenco.az
  • AZ 1026, Bakı. Daşqın Səfərov küç, 9
AZ EN

Öz gələcəyini qur

Yerinə yetirilmiş hər hansı bir layihənin sizin ilk olaraq diqqətinizi cəlb etməsindən asılı olmayaraq biz şadıq ki, siz "AZENCO" ASC-də çalışmaqda maraqlısınız.

"Azenco" ASC-nin hər bir layihəsi peşəkar komanda ilə başlayır. Biz öz bacarıqlarını inkişaf etdirməyə və onları elektrik stansiyalarının, yarımstansiyaların və elektrik verilişi xətlərinin tikintisində həvəslə tətbiq etməyi arzulayan insanların axtarışındayıq.

 

İstedadlar axtarırıq

"AZENCO" ASC sürətlə inkişaf edən şirkətdir və gənc istedadlara müvafiq sahədə və sahədən kənar iş təlimləri və davamlı məsləhətlər yolu ilə onların karyera inkişafı yolunu açıq edir. Şirkətdə mövcud olan imkanlara nəzər salsaq sizə təqdim olunan imkanların müxtəlifliyi sizi təəccübləndirəcək. Biz bilirik ki, gələcəyi qurmaq üçün komanda müxtəlifliyi gərəklidir və biz yardımçı ola biləcək bütün növ istedadları axtarırıq.

 

         

 

 

 

 

 

 

 

 

 

Bizə qoşul

"Azenco" ASC olaraq, biz bilirik ki, işçilərimizin uğuru bizim uğurumuzdur. Buna görə də biz "Azenco"nu öyrənməsinə,inkişaf etməsinə və komandaya dəyər əlavə etməsinə imkan verən bir iş yerinə çevirmək üçün çox çalışırıq.

Bizim komandaya qoşul və öz uğurlu karyerana indi başla

CV formasını yükləyin