Siyasət

Sertifikatlar

ISO 9001

certification iso 9001

"Azenco" ASC-nin Keyfiyyət üzrə siyasəti

“Azenco” ASC-nin Keyfiyyət sahəsindəki siyasəti

“Azenco” ASC öz istehsal və tikinti sahələrində müştərilərin və sifarişçilərin bütün ehtiyac və tələblərini nəzərə alaraq fəaliyyət göstərir.

İstehlakçının razı qalması üçün hər sifarişimizi keyfiyyətlə və effektiv yerinə yetirmək əsas və vacib hədəflərimizdən biridir. Bu məqsədlə müştərilərin istək və arzularının öyrənilməsi üçün müntəzəm olaraq təhlillər aparılır.

“Azenco” şirkəti məhsulların istehsalında, təmir-tikinti quraşdırma işlərinin aparılmasında istifadə olunan xammal, material, avadanlıq va digər vəsaitlərin təchizatçıları ilə qarşılıqlı səmərəli münasibətlər qurur.

Rəhbərlik şirkətin fəaliyyətinin keyfiyyət meyarlarının daima yüksək olmasına əmin olmaq məqsədilə müntəzəm olaraq təhlillər aparır və lazımi nəticələrə nail olmaq üçün qabaqlayıcı tədbirlər görür.

“Azenco” şirkəti personalının bilik, bacarıq və səriştəliliyinin artırılması məqsədilə mütəmadi olaraq təlimlər keçirir.

Şirkətdə proseslərin idarə edilməsi zamanı prosesə optimal yanaşma prinsipi başlıca meyardır.

Proseslərin qarşılıqlı şəkildə koordinasiya olunması, daxildə idarəetmənin mərkəzləşdirilmiş şəkildə həyata keçirilməsi şirkət üçün prioritet məsələlərdan biridir.

Şirkət fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinin, beynəlxalq normativ qaydalarının tələblərinə uyğun qurur.

Öhdəliklərdən biri də şirkət ilə əlaqədə olan podratçılara, firmalara, müəssisələrə və tərəfdaşlara Keyfiyyət idarəetmə sistemi sahəsindəki siyasətin əlçatan olmasını və qəbul edilməsini təmin etməkdir.

Vüqar Şahmuradov

“Azenco” ASC-nin İdarə Heyətinin sədri

OHSAS 18001

certification iso 9001

“Azenco” ASC-nin Əməyin mühafizəsi üzrə siyasəti

“Azenco” ASC-nin rəhbərliyi bəyan edir ki, məqsədimiz mövcud yerli və beynəlxalq tələblər əasında tikinti, istehsal və istismar fəaliyyəti zamanı insanların sağlamlığına və əmlakına ziyan vurmadan bu sahədə təhlükəsiz iş mühiti yaratmaqdır.

Bu siyasətin həyata keçirilməsində prioritet məsələ işçilərimizin, podratçı təşkilatın işçilərinin və əhalinin sağlamlığına ziyan vura biləcək hər hansı təhlükənin qarşısının alınması üçün bütün mümkün tədbirlərdən istifadə etməkdir.

Bundan başqa biz iş yerlərində və istehsalatda ən müasir, təhlükəsiz texnologiya və texnikanın tətbiqinə nail olmağa çalışırıq.

Müəssisə rəhbərliyi öz fəaliyyətində əməyin mühafizəsi və texniki təhlükəsizliyə aid olan Azərbaycan Respublikası qanunlarının, qaydalarının və digər qanunverici normativ hüquqi aktların tələblərini rəhbər tutur.

Rəhbərlik baş vermiş bütün hadisələri dəqiq şəkildə tədqiq və təhlil edib, oxşar və təkrarlanan halların baş verməməsi üçün qabaqlayıcı tədbirlərin görülməsi və bu barədə işçi heyətin təlimatlandırılmasını və məlumatlandırılmasını həyata keçirir.

Digər öhdəliklərdən biri şirkət ilə əlaqədə olan podratçılara, firmalara, müəssisələrə və tərəfdaşlara Əməyin Mühafizəsi və Təhlükəsizliyi üzrə siyasətinin əlçatan olmasını təmin etməkdir.

Müəssisə işçilərinin təhlükəsiz avadanlıqlar və lazımi fərdi qoruyucu vasitələr (FQV) ilə təchiz edilməsi, xəsarət zamanı dərhal ilkin yardım və tibbi xidmətin göstərilməsi üçün lazımi şərait yaratmaqdır.

Müntəzəm olaraq, Əməyin Mühafizəsi və Təhlükəsizlik Siyasətinə yenidən baxmaq va lazim gəldikdə ona dəyişikliklərin edilməsi rəhbərlik üçün prioritet məsələlərdən biridir.

Müəssisə işçilərin Əməyin Mühafizəsi və Təhlükəsizliyi sahəsi üzrə biliklərinin, vərdişlərinin yüksəldilməsi istiqamətində olan müvafiq işləri həyata keçirir.

“Azenco” şirkəti bütün prinsiplərə əməl etməklə iş zamanı insanların təhlükəsizliyinə, sağlamlığına və əmlakına zərər vura biləcək hər hansı təhlükələrin qarşısının alınması və ya minimuma endirilməsi üçün mümkün olan bütün tədbirlərindən istifadə etməklə bu siyasətin həyata keçirilməsinə nail olmağa çalışır.

Vüqar Şahmuradov

“Azenco” ASC-nin İdarə Heyətinin sədri

ISO 14001

certification iso 9001

“Azenco” ASC-nin Ekoloji Siyasəti

“Azenco” ASC-nin rəhbərliyi bəyan edir ki, şirkətin ekoloji siyasəti layihələndirmə, tikinti, istehsal və istismar prosesləri zamanı ətraf mühitin qorunması və təbii resurslara təsirlərin azaldılmasına yönəldilmiş tədbirləri prioritet hesab edir və aşağıdakılara önəm verir:

Təbii ehtiyatların mühafizəsi ilə bağlı ölkənin tərəfdar çıxdığı beynəlxalq razılaşma sənədləri (konvensiyalar, sazişlər, protokollar və s.), o cümlədən beynəlxalq və yerli qanunvericiliyin tələblərinə riayət etmək;

Fəaliyyət göstərdiyimiz sahələrdə ictimaiyyət və ekosistemlər üçün yarana biləcək ekoloji riskləri maksimum səviyyədə azaltmaq;

Fəaliyyətimizdə Ətraf mühitin təhlükəsizliyinin İdarəetmə sistemini tətbiq etmək;

Ətraf mühitə edilə biləcək təsirləri nəzərə alaraq fəaliyyət zamanı bütün işçiləri müvafiq və dolğun məlumatlarla təlimatlandırmaq;

Layihələndirmə, tikinti, istehsal və istismar prosesi zamanı ekoloji aspektlərin ətraf mühitə təsirinin davamlı monitorinqini həyata keçirmək;

Şirkətlə əlaqədə olan podratçılara, firmalara, müəssisələrə və s. partnyorlara İSO 14001 standartın (Ətraf mühitin idarəetməsi sistemi) tələblərinin əlçatan olmasını təmin etmək;

“Azenco” ASC bütün prinsiplərə əməl etməklə iş zamanı ətraf mühitin təhlükəsizliyinə zərər vura biləcək hər hansı bir təhlükələnin qarşısının alınması və ya minimuma endirilməsi üçün mümkün olan bütün imkanlardan istifadə etməklə bu siyasətin həyata keçirilməsinə nail olmağa çalışır.

Vüqar Şahmuradov

“Azenco” ASC-nin İdarə Heyətinin sədri