Karyera

İş imkanları

Öz gələcəyini qur

Yerinə yetirilmiş hər hansı bir layihənin sizin ilk olaraq diqqətinizi cəlb etməsindən asılı olmayaraq biz şadıq ki, siz "Azenco" ASC-də çalışmaqda maraqlısınız.

"Azenco" ASC-nin hər bir layihəsi peşəkar komanda ilə başlayır. Biz öz bacarıqlarını inkişaf etdirməyə və onları elektrik stansiyalarının, yarımstansiyaların və elektrik verilişi xətlərinin tikintisində həvəslə tətbiq etməyi arzulayan insanların axtarışındayıq.

Təkcə tikinti ilə kifayətlənmirik

Bir qayda olaraq "Azenco" ASC tikintilərin idarə edilməsi və mühəndislik sahəsində kadrlar axtarır. Amma bütün başqa şirkətlər kimi biz də maliyyə, mühasibat, insan resursları və biznesin inkişafı üzrə kadrlar axtarırıq. Siz Turnerdə imkanlara nəzər salarkən mümkün iş imkanlarının genişliyindən təəccüblənə bilərsiniz. Biz bilirik ki, gələcəyi qurmaq müxtəlifliklə fərqlənən heyət tələb edir və hər cür istedada malik insanları öz komandamıza qatmaq bizim məqsədimizdir.

İstedadlar axtarırıq

"Azenco" ASC sürətlə inkişaf edən şirkətdir və gənc istedadlara müvafiq sahədə və sahədən kənar iş təlimləri və davamlı məsləhətlər yolu ilə onların karyera inkişafı yolunu açıq edir. Şirkətdə mövcud olan imkanlara nəzər salsaq sizə təqdim olunan imkanların müxtəlifliyi sizi təəccübləndirəcək. Biz bilirik ki, gələcəyi qurmaq üçün komanda müxtəlifliyi gərəklidir və biz yardımçı ola biləcək bütün növ istedadları axtarırıq.

CV göndərin

Bizə qoşul

"Azenco" ASC olaraq, biz bilirik ki, işçilərimizin uğuru bizim uğurumuzdur. Buna görə də biz "Azenco"nu öyrənməsinə,inkişaf etməsinə və komandaya dəyər əlavə etməsinə imkan verən bir iş yerinə çevirmək üçün çox çalışırıq.

Bizim komandaya qoşul və öz uğurlu karyerana indi başla.

Əgər bizim komandamıza qoşulmaqda maraqlısızsa, biz sizi açıq elan edilmiş vəzifələrdən birinə uyğun görə və ya gələcəkdə vakant yerlərlə bağlı məlumatlandıra bilərik.

Biz daima texniki və komersiya bacarıqlarına malik peşəkarlar axtarışındayıq ki, bu da bizə gələcəkdə iş fəaliyyətimizi gücləndirməyə və inkişaf etdirməyə kömək edəcək.

CV formasını yükləyin









Vakant yerlərə müraciət edin

Həm yüksək peşəkarlar, həm də təhsilini yeni bitirənlər üçün texniki və kommersiya sahələrində müxtəlif vakant yerlər mövcuddur. İndi müraciət edin və karyeranızı dəyişin.

Hal-hazırda vakant iş yeri yoxdur.