Azerbaijan Energy Construction

“Azenco” ASC su və istilik elektrik stansiyaları, yüksək gərginlikli elektrik verilişi xətləri, elektrik enerjisinin paylanması sisteminin tikintisi və inkişafı, su və kanalizasiya sistemləri də daxil olmaqla energetika sahəsində "Layihələndirmə, tikinti və satınalma" müqavilələrini həyata keçirən enerji tikinti şirkətidir. Bundan əlavə şirkət elektrik stansiyaları,yarımstansiya və elektrik verilişi xətlərinin bərpası üzrə müvafiq xidmətlər də təklif edir.

Tədqiqat və analizlər: "Azenco" şirkəti geoloji tədqiqat işlərini yüksək səviyyədə yerinə yetirir və bu işlərin həyata keçirilməsi üçün müasir avadanlıqla təchiz edilmiş elmi-tədqiqat laboratoriyalarına sahibdir. Şirkət dünaynın ən məşhur şirkətlərinin istehsalı olan 1500-dən artıq xüsusi təyinatlı texniki vasitələrə malikdir. Ümumi kadr heyətinin sayı isə 5000-dən artıqdır.

Operativ fəaliyyət: "Azenco" aşağıdakı fəaliyyət istiqamətlərinə malikdir:

  • Elektrik stansiyalarının tikintisi ,təmiri ,sınaq ,quraşdırma və montajlama işləri üzrə xidmətlər
  • Yüksək, orta və aşağı gərginlikli yarımstansiyaların və elektrik verilişi xətlərinin tikintisi və təmiri
  • Su və kanalizasiya sistemlərinin tikintisi
  • Bina və yeraltı tikililərin inşası və təmiri
  • Metallar üçün beynəlxalq standartlara uyğun olaraq zədə olmadan qüsurların aşkarlanması və diaqnostika xidmətləri

Əsas tərəfdaşlar

Şirkətin xidmətləri üzrə əsas sifarişlər ölkənin öndə gedən sənaye istehsal şirkətləri tərəfindən təmin olunur. Əsas müştəri siyahısına ölkənin enerji sektorunun əsas üzvləri olan "Azərenerji" ASC, ARDNŞ, ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyi və İstehsalçılar Birliyinin 43 regional podratçısı və bir çox özəl şirkətlər daxildir. “Sumqayıt Texnologiyaları Parkı" "Azenco" ASC-nin əsas təchizatçılarından biridir.

­"Azenco" şirkəti həmçinin "Sumqayıt Elektrik Stansiyası"nın tikintisi layihəsində "SIEMENS" şirkətinin əsas yerli podratçısı, “Şimal-2” elektrik stansiyasının tikintisində “Mitsubishi Heavy Industries” , “ABB”“Alstom” şirkətlərinin yerli podratçısı və “Cənub Elektrik stansiyasının tikintisində "General Electric" şirkətinin yerli podratçısı kimi çıxış etmişdir. Baş podratçı qismində "Azenco" şirkəti Azərbaycanda müxtəlif gücdə 7 modul tipli elektrik stansiyalarının tikintisini həyata keçirmişdir. Bu stansiyaların əsas avadanlıqlarının təchizatçısı Finlandiyanın "Wartsila" şirkəti olunmuşdur.

Şirkətin təşkilati strukturu

Tarixi inkişaf yolu

1939 - 2000

Enerji sektorunda mövcud təcrübə

Azərbaycanda istilik elektik stansiyalarının layihələndirilməsi, tikintisi və təmiri üzrə "Mərkəzi İstehsal Təmir" müəssisəsi kimi fəaliyyətə başlamışdır

2000 - 2012

Korperativləşmə və Sənaye diversifikasiyası

  • Şirkət özəlləşdirilərək "AZENCO" ASC-yə çevrildi
  • Son 10 ildə ölkənin elektroenergetika sənayesinin bütün layihələrində iştirak edib
  • "Dövlət Bayrağı Meydanı" və "Bakı Kristal Hall" layihələrinin tikintisini həyata keçirib

2014 - 2020

Güclü inkişaf potensialı

  • Yerli bazara başçılıq edir
  • İctimai-maliyyələşən layihələrdə fəal iştirak
  • Möhkəm və şaxələnmiş layihələr
  • Regional bazarın və layihələrin genişləndirilməsi
  • Maliyyə hədəflərinə çatmaq
  • Dünyanın bir çox qabaqcıl şirkətləri ilə korporativ əlaqələr